Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Bakının Ceyhun Hacıbəyli küçəsində yolun kənarına maneə qoyaraq avtomobillərin saxlanılmasına əngəl yaradan obyektlə bağlı məsələ nəzarətə götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasına yol verilmir.
Qeyd olunub ki, belə hal aşkarlandığı təqdirdə həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 354-cü maddəsinə uyğun olaraq inzibati tənbeh tədbiri nəzərdə tutulub.
DİN-dən, həmçinin bildirilib ki, məsələ nəzarətə götürülüb.
Xatırladaq ki, dünən Bakının Ceyhun Hacıbəyli küçəsində mağaza sahibinin avtomobillərin park edilməsinin qarşısını almaq məqsədilə yolun kənarına taxta yeşik qoyması ilə bağlı məlumat və görüntülər yayımlanmışdı. /Ajans.az/