Bakıda mağazada uçqun: qadın dağıntılar altında qaldı VİDEO

15.08.2026

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində mağazada uçqun olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, “112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, mağazanın tavanının uçması nəticəsində 37 yaşlı Miriyeva Gülnar Məhəmməd qızının müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında qaldığı müəyyən edilib.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə dağıntı altında qalan vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью