Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakının Nərimanov rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq edilib. Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 28 yaşlı F.Əliyev saxlanılıb.
Məlumata görə, araşdırmalarla şübhəli şəxsin müştəri qismində daxil olduğu mağazada satıcının başının qarışıq olmasından istifadə edərək obyektə 1500 manata yaxın maddi ziyan vurduğu məlum olub.
Araşdırmalar davam etdirilir.