Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Satıcılar son dövrlər onlayn alış-verişin bu qədər geniş yayılmasından narahatdırlar. Xüsusilə "Temu" (Çin) ticarət platformasından məhsul alanların sayı getdikcə artmaqdadır. Bu platforma vasitəsilə nəinki geyim, məişət üçün lazım olacaq ən xırda avadanlığı da almaq mümkündür. Qiymət isə yetəri qədər ucuz hesab olunur.
Bəs yerli bazar onlayn platformalarla rəqabət apara bilirmi?
İqtisadçı Natiq Cəfərli Demokrat.az-a bildirib ki, offline ticarətlə məşğul olanlar bu reallığa uyğunlaşmalı, dəyişikliklərə ayaq uydurmalı və rəqabət aparmağı bacarmalıdırlar:
"Dünyanın hər yerində onlayn ticarət sürətlə inkişaf edir və bu, müştəriləri məmnun edirsə, yanaşma da müştəri maraqları üzərində qurulmalıdır.
İnsanlar məhsulu daha ucuz və daha tez əldə edə bilirlərsə, onlardan bu imkan niyə alınmalıdır və ya niyə süni məhdudiyyətlər tətbiq olunmalıdır. Azərbaycanda iqtisadiyyatın özü, bazar iştirakçıları və ənənəvi ticarətlə məşğul olanlar yeni reallığı qəbul etməli, bu şəraitdə yeni təkliflərlə çıxış etməli və üstünlüklərini sübut etməlidirlər".
O bildirib ki, dünya bu istiqamətdə irəliləyir və yaxın gələcəkdə onlayn ticarət trendinin daha da güclənəcəyi qaçılmazdır:
"İnsanların getdikcə daha çox onlayn alışa üstünlük verəcəyi açıq şəkildə görünür".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Bəs yerli bazar onlayn platformalarla rəqabət apara bilirmi?