Bakıda mağazaya bitişik tikili yandı Video

13.04.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mağazaya bitişik tikili yanıb.

Axar.az xəbər verir ki, hadisə “Həzi Aslanov” metrostansiyası yaxınlığında, M.Hadi küçəsi, 73 a ünvanında qeydə alınıb.

Ümumi sahəsi 8 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin içərisində quraşdırılan generator və karton taralar yanıb.

Yüksək temperaturdan marketin lambirdən ibarət divar üzlüyü 40 m² sahədə əriyib. Marketin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью