Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Onlayn satış platformaları artıq sadə alış-veriş məkanı olmaqdan çıxıb, bəzi əliəyri və psixoloji problemləri olan şəxslərin "ov meydanına" çevrilib.
Demokrat.az saytı xəbər verir ki, son zamanlar "Lalafo" və "Tap.az" kimi məşhur saytlarda qadın geyimləri satan xanımlar kütləvi şəkildə qeyri-etik mesajlara və təqiblərə məruz qalırlar. İstifadə etmədiyi əşyanı satmaq istəyən qadınlar, müştəri adı ilə onlara yaxınlaşan şəxslərin çirkin niyyətləri ilə üz-üzə qalırlar.
Bu şəxslər adətən real alıcı kimi söhbətə başlayır, lakin çox keçmədən mövzunu geyimin bədən ölçülərinə, xanımın şəxsi fotolarına və ya etikadan kənar təkliflərə yönəldirlər. Bəzi hallarda isə bu "manyaklar" satıcıdan geyimi əynində göstərməyi, hətta həmin paltarla video çəkib göndərməyi tələb edəcək qədər hədlərini aşırlar. Bu, sadə bir narahatlıq deyil, birbaşa rəqəmsal təqib və fərdin şəxsi toxunulmazlığına hücumdur.
Məsələnin ən ağrılı tərəfi isə bu cür platformaların təhlükəsizlik mexanizmlərinin hələ də zəif olmasıdır. Qadınlar sadəcə elan yerləşdirdikləri üçün tanımadıqları adamların psixoloji zorakılığına dözmək məcburiyyətində qalırlar. Bu problem cəmiyyətdəki bəzi fərdlərin qadına qarşı münasibətinin və internetdən istifadə mədəniyyətinin nə qədər aşağı səviyyədə olduğunu bir daha sübut edir. Virtual məkanda özünü "qəhrəman" hesab edən bu şəxslər, əslində real həyatda özünü ifadə edə bilməyən və gizli komplekslərini bu yolla çıxaran xəstə təfəkkürün daşıyıcılarıdır.
Bu cür davranışlar cəzasız qaldıqca, rəqəmsal ticarət mühiti zəhərlənir və insanların texnologiyaya olan etibarı sarsılır. Artıq hər hansı elan saytında şəxsi nömrəni paylaşmaq ciddi riskə çevrilib. Bu cür hallarla qarşılaşan xanımlar mütləq həmin şəxsləri bloklamalı və şikayət etməlidirlər. Əgər təhdid və ya sistematik narahatlıq davam edərsə, hüquq-mühafizə orqanlarına müraciət etmək ən doğru yoldur, çünki bu, artıq inzibati və ya cinayət məsuliyyəti yaradan bir əməldir.
Kənan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Demokrat.az saytı xəbər verir ki, son zamanlar "Lalafo" və "Tap.az" kimi məşhur saytlarda qadın geyimləri satan xanımlar kütləvi şəkildə qeyri-etik mesajlara və təqiblərə məruz qalırlar. İstifadə etmədiyi əşyanı satmaq istəyən qadınlar, müştəri adı ilə onlara yaxınlaşan şəxslərin çirkin niyyətləri ilə üz-üzə qalırlar.