Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda 75 yaşlı qadın marketdə vəfat edib.
KONKRET.az xəbər verir ki, hadisə fevralın 3-ü saat 13 radələrində Nizami rayonu C.Naxçıvanski küçəsi 73-də yerləşən “Oba” marketdə baş verib.
Bakı şəhər sakini 1951-ci il təvəllüdlü Gülsarə İsa qızı Mirzəliyeva orada qəfil vəfat edib. Marketə müştəri qismində gələn şəxsin infarktdan öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.
(qafqazinfo)