Bakıda marketdə “endirim” fırıldağı: Müştəri görüntülər yaydı

29.09.2026

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Bakıda marketlərdən birində məhsulların üzərindəki qiymət etiketləri ilə bağlı maraqlı görüntülər yayılıb.

“Bakupost”un redaksiyasına göndərilən videoda “Life” markasına məxsus duzlu araxis və pişik yemlərinin üzərində endirimli qiymət etiketlərinin olduğu görünür. Lakin müştəri etiketləri qaldıraraq endirimli qiymətlərlərin əvvəlki qiymətlərlə eyni olduğunu göstərib.

Vətəndaş oxşar hallara digər mağazalarda da rast gəldiyini bildirir. O, görüntüləri hansı marketdə lentə aldığını açıqlamadı.

Lalə, BakuPost





Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью