Bakıda marketə girib görün, nə oğurladı?

08.01.2025

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Paytaxtda marketdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən marketlərin birindən 1300 manat dəyərində pul və tütün məmulatlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş M.Bəhmanov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью