Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda marketlərdən araq və enerji içkiləri oğurlanıb.
Lent.az xəbər verir ki, hadisələr Nizami rayonu Bəhruz Nuriyev və Bəkir Çobanzadə küçələrində qeydə alınıb.
32 yaşlı Şükür İsayev (şərti adla) əvvəlcə B. Nuriyev küçəsindəki marketdən dəyəri 54 manat olan “Absalut” markalı arağı oğurlayıb. Daha sonra B. Çobanzadə küçəsində başqa bir marketdən isə 480 manatlıq 2 kaset “Red Bull” oğurlayıb. Faktlarla bağlı Ş. İsayev saxlanılıb və barəsində müvafiq protokol tərtib olunub.
Məlumata görə, Ş. İsayev həmin enerji içkilərini tanımadığı şəxsə 160 manata satıb.
O, ifadəsində əməlindən peşman olduğunu vədəymiş ziyandan yalnız 80 manat ödədiyini deyib. Ş. İsayev vurduğu ziyanın qalanını sonra ödəyə biləcəyini bildirib.
Məhkəmənin qərarı ilə Şükür İsayev 23 gün müddətinə inzibati qaydada həbs olunub.