Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda marşrut avtobusunda baş verən insident sərnişinlər arasında təşvişə səbəb olub. Hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.
BAKU.WS-in əldə etdiyi məlumata görə, əlində kəsici alətlə ictimai nəqliyyata daxil olan qadın qeyri-adekvat hərəkətlər edib. Onun bu davranışları digər sərnişinlərin narahatlığına və qorxu keçirməsinə səbəb olub.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.