Bakıda marşrut avtobusunun sürücüsü narkoman çıxdı

14.02.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda avtomobil sürücüsü ilə avtobus sürücüsü arasında dava olub.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə fevralın 12-də "Bakı Metropoliteni"nin “20 Yanvar” stansiyasının yaxınlığında - Həsən Bəy Zərdabi küçəsində qeydə alınıb.

Yol vermək üstündə dalaşan sürücülər bir-birindən polisə şikayət ediblər və əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onları saxlayıblar.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, hadisəni törədən 102 saylı marşrut xəttinin “İsuzu” markalı avtobusunun sürücüsü 1989-cu il təvəllüdlü R.Yusifov narkotik vasitə istifadəçisidir. O, ekspertizadan keçirilib və narkotik qəbul etməsi müəyyənləşib.

Avtobus sürücüsü barəsində Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrinə əsasən, protokol tərtib edilib. Yasamal Rayon Məhkəməsi 36 yaşlı sürücünün 15 sutkalıq inzibati həbs edilməsinə qərar verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью