Bakıda maşın 58 yaşlı qadını vurdu

04.12.2024

Lent az saytına istinadən Icma.az xəbər verir.

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu bazarının yaxınlığında baş verib.

Belə ki, minik avtomobili yolu keçən 1966-ci il təvəllüdlü Əliyeva Tərlan Dursun qızını vurub.

Yaralı müxtəlif bədən xəsarətləri alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью