Bakıda maşın işıqfora çırpıldı Video

17.02.2025

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sabunçuda baş vermiş qəza nəticəsində işıqfor yararsız hala düşüb.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yol-nəqliyyat hadisələri təkcə ölüm və xəsarətlə, maddi zərərlə nəticələnmir, həm də digər yol hərəkəti iştirakçılarını yollarda təhlükə ilə üz-üzə qalmasına səbəb olur.

"Ötən gün axşam saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi yaşayış massivinə giriş hissədə baş verən qəza nəticəsində nəqliyyat işıqforu yararsız vəziyyətə düşüb.

Mərkəzin əməkdaşları tərəfindən sıradan çıxan svetoforun yenisi ilə əvəz edilməsi işləri görülür", - məlumatda qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью