Bakıda maşın nömrəsi oğurlayıb Range Roverin üzərinə bağladılar

04.11.2024

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Paytaxtın Yasamal rayonu ərazisində "Daewoo" markalı avtomobilin hər iki dövlət qeydiyyat nişanının oğurlanması barədə polisə məlumat daxil olub.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə oğurlanmış qeydiyyat nişanları noyabrın 3-də Nizami rayonu ərazisində R.İsgəndərliyə məxsus "Range Rover" markalı avtomobilin üzərində aşkar edilib və o, 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью