Bakıda maşın piyadanı vurub

01.04.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Elçin Qəhrəmanovun idarə etdiyi “VAZ-21010” markalı avtomobil, Atçılıq yaşayış massivində hərəkətdə olarkən yolu keçən 1966-cı il təvəllüdlü Xatirə Məmmədovanı vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də, martın 31-də saat 00:15-də Sabunçu Tibb Mərkəzində vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью