Bakıda maşın piyadanı vurub öldürdü VİDEO

20.06.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti, “ASK Arenanın” qarşısında piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, 2 piyada yolun hərəkət hissəsindən keçib və onlardan birini minik avtomobili vurub. Piyada hadisə yerindəcə həyatını itirib.

Qəza səbəbindən metronun “Koroğlu” satnasiyası istiqamətində nəqliyyat sıxlığı yaransa da polis əməkdaşları tərəfindən görülən zəruru tədbirlər nəticəsində hazırda avtomobillərin sərbəst hərəkəti təmin edilib.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью