Bakıda maşın qaçıran şəxs saxlanılıb

17.01.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Binəqədi rayonu ərazisində zərərçəkən polisə müraciət edərək “VAZ-2107” markalı avtomobilinin yaşadığı ünvanın yaxınlığından qaçırıldığını bildirib.

DİN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi RPİ 6-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, o, nəqliyyat vasitəsini qaçırandan sonra yolda olarkən nasazlıq yaranması səbəbilə avtomobili yaxınlıqdakı parklanma yerində saxlayaraq oradan uzaqlaşıb.

Araşdırma davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью