Bakıda maşın qırmızı işıqda keçən motosikleti vurdu VİDEO

27.11.2024

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Motosikletlə həm piyada keçidindən, həm də svetoforun qırmızı işığından keçib yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

"Müşahidə kamerasının qeydə aldığı bu qəza ötən gün axşam saatlarında 8 Noyabr prospektində olub. Araşdırmalar göstərir ki, hələ də bəzi moped və motosiklet sürücüləri qaydalara əməl etmir, həm hərəkət iştirakçılarının, həm də özlərinin həyat və sağlamlığına real təhlükə yaradırlar. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hərəkət iştirakçılarını yollarda diqqətli olmağa çağırır", - deyə məlumatda qeyd olunub.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью