Bakıda maşında qadın döyüldü

24.08.2026

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının Xəzər rayonunda 22 yaşlı oğlan sevgilisini döyüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Qala qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakini, 2004-cü il təvəllüdlü Rüfət qəsəbəarası yolda idarə etdiyi “Mercedes” markalı avtomobilin içərisində qısqanclıq zəminində sevgilisi Könül (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında yaranmış mübahisə zamanı qəsdən Könülü vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Faktla bağlı Rüfətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Rüfət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tamamilə ödədiyini deyib.
Zərərçəkmiş şəxs də ifadəsində təqsirləndirilən şəxslə barışdığını təsdiqləyib. O bildirib ki, təqsirləndirilən şəxslə barışıb, ona dəymiş ziyan tamamilə ödənilib, ona qarşı heç bir şikayəti və tələbi yoxdur.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью