Bakıda maşından 124 min oğurlayan şəxs kameralar düşdü VİDEO

28.02.2025

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Bakıda biznesmenə məxsus avtomobildən 124 min manat pulun oğurlanması hadisəsi ilə bağlı görüntülər yayılıb.

Bakupost.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin yaydığı görüntülərdə iş adamı A.Quliyevə məxsus avtomobilin yük yerindən külli miqdarda pul oğurlayan şəxsin necə uzaqlaşması əks olunub.

Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən, əvvəllər dəfələrlə məhkum edilmiş 52 yaşlı Fikrət Cəfərov saxlanılıb.

Qeyd edək ki, hadisə fevralın 26-da baş verib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью