Bakıda maşından 6000 manat oğurlandı

14.11.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Belə ki, Sabunçu rayonu Ramana qəsəbəsində bir nəfər polisə müraciət edərək avtomobilindən 6000 manat nağd pul və bank kartlarının oğurlanmasını bildirib. Polisin keçiridiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Ağamirzəyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs nəqliyyat vasitəsinin qapısının açıq olmasından istifadə edərək qeyd edilən hadisəni törədib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью