Bakıda maşını xarab olan sürücü həbs olundu

15.10.2026

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda ictimai yerdə asayişi pozan həbs olunub.

Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən “Poladəritmə” zavodunun yanında qeydə alınıb.

35 yaşlı Süleyman Cabbarov (şərti adla) qeyd olunan ərazidə ucadan söyüşlər söyərək, xırda xuliqanlıq əməli törədib. Ərazidə xidmətdə olan polis əməkdaşları ona yaxınlaşaraq, irad bildirib və əməllərini dayandırmasını desələr də, Süleyman qanuni tələbə məhəl qoymayıb. Nəticədə o saxlanılaraq, barəsində protokol tərtib olunub.

S. Cabbarov ifadəsində bildirib ki, maşını xarab olduğu üçün əsəbindən söyüş söyüb. O, barəsində yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə Süleyman Cabbarov 1 ay müddətinə inzibati qaydada həbs olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью