Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospektində baş vermiş yol qəzası avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl günorta saatlarında baş verib.
Kadrlardan göründüyü kimi, “Ravon” markalı avtomobildən sərnişin düşmək istəyərkən qapını yolun hərəkət hissəsinə doğru açıb. Bu zaman ərazidən keçən digər nəqliyyat vasitəsi açıq qapıya çırpılıb. Nəticədə avtomobilin qapısı yararsız hala düşüb.
Hadisə zamanı xəsarət alan olmasa da, maşına maddi ziyan dəyib.
Qanunvericiliyə görə, avtomobilin qapısını açmaq yalnız yolun təhlükəsiz hissəsində və digər nəqliyyat vasitələrinə mane yaratmadan olmalıdır.
Qeyd edək ki, qapının açılması digər avtomobillərin hərəkətini məhdudlaşdırarsa və qəza baş verərsə, sərnişin və ya sürücü məsuliyyət daşıyır.
Nərmin
Oxunub 432