Bakıda maşınların akkumulyatorunu oğurlayanlar tutuldu

31.01.2025

Icma.az bildirir, Lent az portalına istinadən.

Bakının Qaradağ rayonu ərazisində ekskavator və avtomobillərdən 6 ədəd akkumulyatorun oğurlanması barədə polisə məlumatlar daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 33 yaşlı C.Qorçuyev və 31 yaşlı R.Nüsrətli müəyyən olunaraq saxlanılıblar.

Bundan başqa, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən bir nəfərin bank kartından 600 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 47 yaşlı İ.Qurbanovun müəyyən olunaraq saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью