Bakıda mayora hücum edən kikboksçular... Həbs müddəti uzadıldı

05.04.2025

Icma.az, Mia.az saytına istinadən bildirir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum ittihamı ilə həbs edilən kikboksçuların həbs müddəti uzadılıb.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Xətai Rayon Məhkəməsi belə qərar çıxarıb. Qərara əsasən, Elçin Hüseynov, Elnur Həmidov və Musa Əhmədovun həbs müddəti 1 ay daha uzadılıb.

Zərərçəkmiş Fuad Zeynalov saytımıza açıqlamasında idmançılarla barışıq əldə edildiyini, onları bağışladığını deyib.

Yaxında iş üzrə ilkin istintaqın tamamlanacağı gözlənilir.

Qeyd edək ki, təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью