Bakıda Mayotta adasındakı qasırğa qurbanları anılıb

21.01.2025

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

Bakıda Mayotta adasındakı qasırğa qurbanları anılıb.

"Report" xəbər verir ki, yanvarın 21-də Bakıda "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda keçirilən beynəlxalq konfransda təbii fəlakət zamanı həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, ötən il dekabrın 14-də Fransanın Hind okeanındakı Mayotta adasında tüğyan edən “Şido” qasırğası 39 nəfərin həyatına son qoyub, 1700 sakin isə zərər çəkib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью