Bakıda mebel sexində yanğın olub

28.07.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı şəhərinin Xətai rayonunda yanğın olub.

APA DİN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 70 m² olan birmərtəbəli mebel sexinin taxtadan ibarət tavanı 20 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью