Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Bakıda məhbusa vintaçanla xəsarət yetirilib.
Hadisə paytaxt ərazisindəki cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
Cəzaçəkmə müəssisəsində cəza çəkən 2001-ci il təvəllüdlü Sənan Ağabala oğlu Həsənov qarın boşluğunun küt alətlə deşilməsi diaqnozu ilə xəstəxanaya aparılıb.
Araşdırmalarla ona cəzaçəkmə müəssisəsində vintaçanla xəsarət yetirilməsi faktı məlum olub.
Faktla bağlı araşdırma aparılır./Oxu.az/