Bakıda məişət tullantıları toplanan sahə YANIR

20.06.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Bakı şəhəri, Xəzər rayonunda yanğın başlayıb.

Bu barədə Oxu.Az-a sakinlər məlumat veriblər.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə məişət tullantılarının toplandığı sahədə yanğın baş verib:

"Nazirliyin "112" qaynar telefon xəttinə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində məişət tullantıları toplanan sahədə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью