Bakıda məktəb direktorunun maşınını yandıran dəstə ilə bağlı YENİ QƏRAR!

19.10.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Bakının Qaradağ rayonunda məktəb direktoruna məxsus avtomobilin qəsdən yandırılması ilə bağlı daha bir nəfər həbs edilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törədən Fuad İbrahimovla birgə cinayət əməlində iştirak edən tanışı İlkin Novruzov da müəyyən olunaraq saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. pizza

Faktla bağlı başlanılmış cinayət işi üzrə hadisənin bütün hallarının araşdırılması istiqamətində istintaq hərəkətləri davam etdirilir.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью