Bakıda məktəb liseylərin formaları bahalaşdı Şalvar 39 manat oldu | Icma.az
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir. Bakıda məktəbli formalarının satışını həyata keçirən "Ela” Məktəbli Formaları qiymətləri q
Qaynarinfo-nun məlumatına görə, şirkət Elm və Təhsil Nazirliyinə məxsus məktəb-liseylərin, həmçinin bəzi ümumtəhsil məktəblərinin formaların
Son dəyişikliklərlə qiymətlərdə 10–30 faiz artım qeydə alınıb.
Məsələn, Arif İsmayıl oğlu Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyin şagirdləri üçün şalvarın qiyməti ötən il 29 manat olduğu halda, hazırda 39 manat təşkil edir.
Jaket 39 manatdan 43 manata, uzunqol köynək 28 manatdan 29 manata, qısaqol köynək isə 27 manatdan 28 manata qalxıb.
Qeyd edək ki, "Ela” Məktəbli Formaları mağazası Bakıda yalnız bir ünvanda – Mərdanov qardaşları küçəsi 41-47-də fəaliyyət göstərir.
Bu səbəbdən paytaxtın müxtəlif rayonlarında yaşayan valideynlər məhz həmin ünvana üz tutmaq məcburiyyətində qalır ki, bu da narazılıqlara yol açır.
Şirkət vergi uçotunda 02.09.2022-ci il tarixindən "Ela VİP” MMC adı ilə qeydiyyatdadır.
Tam oxu
Xəbəri oxu