Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub Yeni detallar

29.10.2026

Icma.az bildirir, Azpost portalına istinadən.

Bakıda məktəbin pəncərəsindən yıxılaraq faciəli şəkildə həyatını itirən 7-ci sinif şagirdi Gü­nəl Dadaşova Salyan rayonunun Arbatan kənd qəbiristanlığında dəfn olunub.

Baku TV-nin məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə baş verib. Məktəbli pəncərədən yıxıldıqdan sonra həyatını itirib.

Arbatan kəndinin sakinləri bildiriblər ki, Gü­nəl kiçik yaşlarından ana tərəfdən xalası tərəfindən böyüdülüb. Lakin 2023-cü ildə onun xalası da faciəli şəkildə dünyasını dəyişib. Qadını qatar vuraraq öldürüb.

Kənd sakinlərinin sözlərinə görə, Gü­nəlin ölüm xəbəri onları dərindən sarsıdıb.

Xalasının vəfatından sonra Gü­nəl Bakıya köçərək doğma anası ilə yaşamağa başlayıb.

Məktəblinin ölümü ilə bağlı yayılan məlumatlar cəmiyyətdə böyük kədər doğurub.

AzPost.az

Post navigation

Previous: Avropada qaz böhranı dərinləşir – Qiymət 100 avroya çatdı, Asiya ilə rəqabət güclənir

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью