Bakıda məktəbə HÜCUM EDİLDİ: Yaralanan var

10.02.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən E.N Qaranzadə adına 270 nömrəli tam orta məktəbin həyətində cinayət hadisəsi baş verib.

Bakıvaxtı.az tribunalinfo-ya istinadla xəbər verir ki, məktəbdə tibb işçisi vəzifəsində çalışan qadın boşanmaq istədiyinə görə əri qadının şah damarını kəsib.

Hadisə məktəbin böyük korpusunun qarşısında, saat 15:00 radələrində baş verib.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb edilib.

İlkin məlumata görə zərərçəkən qadın sağdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью