Bakıda məktəbə hücum edilib, xəsarət alanlar var (Video)

14.10.2026

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda məktəb binasının içərisinə pəncərədən daş atılıb, 2 nəfər şagird xəsarət alıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Rasim Sadıqov adına 136 nömrəli məktəbdə Azərbaycan dili tədris edilən zaman baş verib.

Naməlum şəxs və ya şəxslər günorta saatlarında məktəbin sinif otağının pəncərələrinə daş atmağa başlayıblar.

Müəllim Almaz Bağırovanın sözlərinə görə, hadisə nəticəsində pəncərə kənarına yaxın oturan 2 nəfər şagirdin üzərinə şüşə qırıntıları tökülüb.

Məktəbdən əldə etiyimiz məlumata görə, sinif otaqları gecə saatlarından etibarən naməlum şəxslər tərəfindən daşlanıb. Eyni zamanda, bu gün səhər 9 radələrində də məktəb yenə daşlanmağa başlayıb. Ümumilikdə məktəbin 12 pəncərəsinə ciddi ziyan vurulub.

TƏBİB-dən "Xəzər Xəbər"ə bildirilib ki, bu gün saat 09:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binə qəsəbəsi, 136 saylı məktəbdən çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən 2 azyaşlıya yerində yardım olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью