Bakıda məktəbin mühafizə zolağında yaşayış binası tikiblər FOTO

17.04.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Paytaxtda uzun müddətdir sahibkarların özbaşınalıqlarına qarşı mübarizə tədbirləri aparılır. Bu istiqamətdə biz də dəfələrlə xəbər dərc etmişik. Buna baxmayaraq, bəzi sahibkarlar qanunazidd hərəkətlərini davam etdirirlər.

Avtosfer.az xəbər verir ki, Bakının Xətai rayonunda yerləşən 257 nömrəli orta məktəbləbağlı da qanunsuzluq aşkarlanıb.

Belə ki, rayonun Gəncə prospektinə yaxın olan məktəbin mühafizə zolağında yaşayış binası tikilib. Məktəbə yaxın yaşayan və övladları həmin məktəbdə oxuyan valideynlər deyir ki, bu məsələ artıq bir neçə ildir gündəmdədir. O vaxt sakinləri aldadıblarmış ki, məktəbdə şagird sayı çoxdur, ona görə də, məktəbin yeni korpusu tikiləcək. İllər ərzində bina tikilib istifadəyə veriləndən sonra müəyyənləşib ki, məktəblə heç bir əlaqəsi yoxdur.  

Məsələ ilə əlaqədar Bakı Şəhər Təhsil İdarəsindən saytımıza bildirildi ki, qeyd edilən binanın məktəbin mühafizə zolağına düşməsi ilə bağlı araşdırma aparılır.

Səfər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью