Bakıda məktəbin önündə qıza görə oğlanı öldürdü VİDEO

05.10.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən gün Bakının Xətai rayonunda 56 nömrəli məktəbin qarşısında baş verən qətlin təfərrüatı məlum olub.

Modern.az APA TV-yə istinadən xəbər verir ki, Firuz Qəmbərov küçəsində münaqişə zəminində 18 yaşlı Arda Qurbanlı bıçaq xəsarəti alaraq ölüb. Hadisəni törətməkdə şübhəli bilinən 23 yaşlı Qüdrət Mahmudov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə şahidlərinin sözlərinə görə, insident Arda Qurbanlının Qüdrət Mahmudova söz atması ilə başlayıb.

Şahidlərdən biri hadisə ilə bağlı bunları deyib:

"Üç nəfər olublar: iki oğlan, bir qız. Qıza söz atıblar, qızın yanındakı oğlan da digərini bıçaqla vurub. Oğlanı görmüşdüm, amma tanışlığım yox idi".

Qeyd edək ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью