Bakıda məktəbin qarşısında faciə: 18 yaşlı gənc öldürüldü

05.10.2026

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı gənc oğlan bıçaqlanaraq qətlə yetirilib.

“Bakupost”un əldə etdiyi məlumata görə, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib.

Əraziyə polis əməkdaşları cəlb olunub.

TƏBİB-dən "Bakupost"un sorğusuna cavab olaraq bildirildi ki, oktyabrın 4-də saat 21:25 -də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonundan çağırış qeydə alınıb:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeyd alınıb".

Lalə Novruz, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью