Bakıda məktəbin qarşısında qəza oldu FOTO

06.01.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Paytaxtın Binəqədi rayonu, Emin Bağırov küçəsində, 179 nömrəli tam orta məktəbin qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Məlumata görə, hadisə zamanı 1 ədəd düyməli piyada svetoforu yararsız hala düşüb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən ərazidə yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə yeni svetofor quraşdırılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью