Bakıda məmur iş yerində qəfil öldü

24.06.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bakıda vəzifəli şəxs iş otağında dünyasını dəyişib.

Bu barədə Oxu.Az-a Cəbrayıl Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib.

Məlumatda bildirilib ki, Cəbrayıl RİH-in şəhər icra nümayəndəsinin müavini, Ruhid Qaçay oğlu Mehdiyev səhər saatlarında iş yerinə gəlib və qəfil halı pisləşib. O, iş otağında dünyasını dəyişib.

1977-ci il təvəllüdlü R.Mehdiyev iki dəfə ağır ürək əməliyyatı keçiribmiş. Son vaxtlar səhhətində problem yarandığından o, mütəmadi müalicə alırmış. Bu gün səhər saatlarında iş yerinə gələn R.Mehdiyev otağında dünyasını dəyişib.

Samir Əli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью