525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Məlum olduğu kimi, paytaxtda mənzil qiymətləri çox yüksəkdir. Bundan sonra da mənzillərin ucuzlaşması gözlənilmir. Qiymət artımı hələ davam edəcək. Artımın səbəbi də budur ki, bu qiymətə alan alıcılar var. Bakıda mənzil, daşınmaz əmlak almağa tələbat var”.
İqtisadçı ekspert Xalid Kərimli bunu 525.az-a bildirib. Ekspertin szölərinə görə, paytaxtda daşınmaz əmlak bazarı inkişaf edir. Vətəndaşların imkanı onu almağa çatır ki, qiymətlər də artır. Eyni zamanda Bakıda getdikcə daşınmaz əmlakın, o cümlədən yeni binaların tikintisinin xərci də artır:
“Çünki tikinti materialların da durmadan qiyməti artır. İkincisi, torpağın qiyməti kəskin bahalaşır".
İqtisadçı hesab edir ki, mənzillərin qiymətinin günbəgün artmasının əsl səbəbi alıcının pul verib əmlakı almasıdır:
"Mənzil üçün tikinti əraziləri yox səviyyəsindədir. Üçüncüsü isə tikintinin özbaşına standartdan kənar tikintisinə icazə verilmir. Ciddi surətdə tikinti standartları izlənilir, qorunur. Bu standartların izlənməsinə tikintinin maya dəyərini qaldırır. Demək, torpağın bahalaşması, tikinti üçün yararlı torpaq sahəsinin Bakının mərkəzində getdikcə yoxa çıxması, şəhərsalma qaydalarına ciddi nəzarət edilməsi və vətəndaşların bunu almağa pulu olması qiyməti artırıb və artıracaq".
Sevinc Qarayeva