Bakıda mənzil qiymətləri nə qədər artıb?

23.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Ötən ay Bakıda mənzil bazarında da qiymət artımları davam edib.

İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) "Trend"ə verilən məlumata görə, oktyabr ayında fərdi evlərdə və torpaq sahələrinin qiyməti əvvəlki aya nisbətən 1.7 faiz artıb.

Yaşayış binalarında və eləcə də, qeyri-yaşayış sahələrində əvvəlki aylara nisbətən qeydə artım alınıb. Qeyri-yaşayış sahələrində 1.4 faiz aylıq qiymət artımı müşahidə olunub.

Yaşayış evlərində isə qiymətlər 0.6 faiz yüksəlib. Yaşayış mənzillərinin kirayə qiymətləri daha çox artıb - 2.8%.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью