Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Son günlər Bakıda vətəndaşlar və xüsusən alıcılar "əl yandıran" mənzil qiymətlərindən şikayətlənirlər.
Vətəndaşların şikayəti məhz paytaxtda daşınmaz əmlak bazarının gündən-günə bahalaşması və tələbin təklifi üstələməsidir.
Belə olan halda vətəndaşların haqlı iradı qəbulediləndirmi? Bəs, Bakıda mənzillərin qiymətinin yenidən artması hansı səbəblərdən qaynaqlana
Eyni zamanda, yaxın gələcəkdə mənzillərin qiymətində ucuzlaşma müşahidə edilə bilərmi? Axı, Bakı dünyanın maliyyə mərkəzi deyil.
Məsələ ilə əlaqədar AZXEBER.COM-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, yaxın gələcəkdə mənzillərin ucuzlaşması müşahidə edilmir: "Xeyr, yaxın gələcəkdə Bakıda mənzillərin ucuzlaşması gözlənilmir.
Qiymət artımı hələ davam edəcək. Artımın səbəbi də budur ki, bu qiymətə alan alıcılar var. Bakıda mənzil, daşınmaz əmlak almağa tələbat var.
Paytaxtda daşınmaz əmlak bazarı inkişaf edir. Vətəndaşların imkanı onu almağa çatır ki, qiymətlər də artır.