Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son vaxtlar Bakıda vətəndaşlar və xüsusən alıcılar "əl yandıran" mənzil qiymətlərindən şikayətlənirlər.
Vətəndaşların şikayəti məhz paytaxtda daşınmaz əmlak bazarının gündən-günə bahalaşması və tələbin təklifi üstələməsidir.
Bəs, Bakıda mənzillərin qiymətinin yenidən artması hansı səbəblərdən qaynaqlana bilər?
Eyni zamanda, yaxın gələcəkdə mənzillərin qiymətində ucuzlaşma müşahidə edilə bilərmi?
Məsələ ilə əlaqədar AZXEBER.COM-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, yaxın gələcəkdə mənzillərin ucuzlaşması gözlənilmir: "Xeyr, yaxın gələcəkdə Bakıda mənzillərin ucuzlaşması gözlənilmir.
Qiymət artımı hələ davam edəcək. Artımın səbəbi də budur ki, bu qiymətə alan alıcılar var. Bakıda mənzil, daşınmaz əmlak almağa tələbat var.
Paytaxtda daşınmaz əmlak bazarı inkişaf edir. Vətəndaşların imkanı onu almağa çatır ki, qiymətlər də artır.