Bakıda mənzildə meyit tapılıb

05.01.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda mənzildə meyit tapılıb.

Bakıvaxtı.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью