Bakıda mənzildə meyit tapılıb

04.10.2026

Icma.az bildirir, Apa.az portalına istinadən.

Bakı şəhərində mənzildə meyit tapılıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən 5 əməliyyat keçirilib.

Həyata keçirilən tədbirlər nəticəsində 1-i uşaq olmaqla 2 nəfər xilas edilib, 3 nəfərə müvafiq köməklik göstərilib və 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью