Bakıda mənzildən külli miqdarda qızıl oğurlayan qadın saxlanıldı

28.10.2026

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən mənzillərin birindən dəyəri 10 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.

DİN-dən Milli.Az-a verilən xəbərə görə, polisin həyata keçirdiyi tədbirlərlə əməli törədən 40 yaşlı Ə.Məmmədova müəyyən edilərək saxlanılıb. Onun oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub.

Araşdırma davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью