Bakıda Mercedes lə BYD nin toqquşmasının ANBAAN VİDEOSU

19.06.2026

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli faktı təsdiqləyib.
O qeyd edib ki, yol-nəqliyyat hadisəsi Zabrat qəsəbəsinin Əbdülkərim Əlizadə küçəsində qeydə alınıb:
"Bəylər Ağa oğlu Süleymanlının idarə etdiyi 10-MP-026 dövlət nömrə nişanlı "Mercedes" markalı nəqliyyat vasitəsi ilə Vahid Əfras oğlu Calalaovun idarə etdiyi BYD markalı, 99-QE-967 dövlət nömrə nişanlı avtomobil toqquşublar. Nəticədə "Mercedes"in sürücüsü xəsarət alıb. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью