Bakıda “Mercedes” sürücüsü piyada və avtomobilə təhlükə yaratdı VİDEO

11.06.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 10-da saat 18:37 radələrində qeydə alınıb. Belə ki, 99-EZ-942 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü piyada keçidində hərəkət edən piyadaya təhlükəli vəziyyət yaradıb. Görüntülərdən məlum olur ki, sürücü piyadanın yolu tam keçməsini gözləmək əvəzinə avtomobili onun üzərinə doğru sürərək hərəkətini davam etdirib.

Daha sonra isə nəqliyyat sıxlığının müşahidə olunmasına baxmayaraq, qəfil sola manevr edən sürücü görüntünü qeydə alan avtomobil üçün də qəza şəraiti yaradıb. Sürücünün ardıcıl şəkildə etdiyi riskli hərəkətlər digər hərəkət iştirakçılarının təhlükəsizliyini ciddi şəkildə təhlükə altına atıb.

Qeyd edək ki, piyada keçidlərində üstünlük hüququnun pozulması və sıx nəqliyyat axınında düşünülməmiş manevrlər yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biridir. Xüsusilə şəhərdaxili yollarda sürücülərin bir neçə saniyə qazanmaq naminə etdiyi riskli davranışlar həm piyadaların, həm də digər sürücülərin həyatı üçün ağır nəticələrə səbəb ola bilər.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью