Bakıda məsciddə baş verən yanğın söndürülüb

05.08.2026

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Paytaxtın Köhnə Günəşli qəsəbəsi ərazisində yerləşən Mirtağı məscidində baş verən yanğın hadisəsi ilə bağlı rəsmi məlumat verilib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən məscidin ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

"Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində məscidin ərazisində yerləşən tikilidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Xəsarət alan olmayıb. Məscid yanğından mühafizə olunub", - deyə məlumatda qeyd olunub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью